KİV: Tramp ABŞ-ın İrana mümkün hücumunun uğurlu olacağına şübhə edir

2025/06/1750179413.jpg
Oxunub: 378     05:19     19 İyun 2025    
ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi hücumun tam uğurlu olacağına şübhə ilə yanaşır.

Ordu.az xəbər verir ki, bu barədə "Axios" portalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp köməkçilərindən ABŞ-ın yeraltı möhkəmləndirilmiş obyektləri bombalaması planının işləyib-işləməyəciyi maraqlanır.

Qeyd olunur ki, prezidentin bu məsələdə qeyri-müəyyənliyi hələlik zərbə qərarını verməməsinin əsas səbəblərindən biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin