İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb

2023/09/1693889688.jpg
Oxunub: 411     17:37     18 İyun 2025    
İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz uçuş aparatları (PUA) və partlayıcı maddələr daşıyan 3 yük avtomobilini saxlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran polisinin rəsmi nümayəndəsi Səid Möntəzir əl-Mehdinin sözlərindən sitat gətirir.

O iddia edir ki, "İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi qabaqlayıcı tədbirlər görərək pilotsuz təyyarələr daşıyan 3 nəqliyyat vasitəsini, həmçinin daşınma prosesində şübhəli bilinən şəxsləri aşkar edərək saxlayıb".

İraqın sərhəd xidməti bu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İraq  


Bizi "telegram"da izləyin