Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb

2025/06/1750252673.jpg
Oxunub: 380     17:01     18 İyun 2025    
Böyük Britaniya İranla münaqişənin kəskinləşməsi fonunda diplomatlarının ailə üzvlərini İsraildən təxliyə edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, təxliyə yaranmış vəziyyət fonunda müvəqqəti tədbirdir.

"Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyinin və Qüdsdəki konsulluğunun əməkdaşlarının qohumları ehtiyat tədbiri kimi müvəqqəti olaraq ölkədən çıxarılıb, missiyanın əməkdaşları isə olduqları yerdə qalmağa davam edirlər”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İsrail  


Bizi "telegram"da izləyin