Ordu.az xəbər verir ki, Pentaqon “OpenAI” ilə imzalanan müqavilə ilə bağlı yazılı açıqlama verib.
Açıqlamaya görə, “OpenAI” ilə imzalanan 200 milyon dollarlıq müqavilə müxtəlif təhlükəsizlik sahələrində, o cümlədən müharibə və korporativ fəaliyyətlərdə qabaqcıl SZ həllərinin inkişafını əhatə edir.
Açıqlamada işin 2026-cı ilin iyul ayına qədər tamamlanmasının gözlənildiyi və ABŞ Müdafiə Nazirliyinin Rəqəmsal və Süni Zəka Ofisinin sözügedən işə cavabdeh olan bölmə olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az