ABŞ İtaliyaya 211 milyon dollar dəyərində AMRAAM raket satışını təsdiqləyib

2025/06/1750235933.jpg
Oxunub: 366     15:58     18 İyun 2025    
ABŞ Dövlət Departamenti İtaliyaya qabaqcıl “hava-hava” raketləri (AMRAAM) və müvafiq avadanlıqların 211 milyon dollara potensial hərbi satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu satışın məqsədi İtaliyanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək və NATO müttəfiqləri ilə əməkdaşlığı dərinləşdirməkdir.

Təsdiqlənmiş satışa 30 AIM-120D-3, 40 AIM-120C-8 və 2 AIM-120C-7 AMRAAM raketi daxildir. Bu raketlər İtaliyanın F-35 və “Eurofighter Typhoon” kimi çoxməqsədli döyüş təyyarələri ilə uyğun gəlir və müasir “hava-hava” təhdidlərinə qarşı effektiv müdafiəni təmin edəcək.

“RTX Corporation” tərəfindən istehsal olunan bu sistemlər aktiv radar yönləndirmə texnologiyası ilə bütün hava şəraitində effektiv performans təklif edir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışın ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcəyini bildirib.

“Bu satış İtaliyanı cari və gələcək təhdidlərə qarşı müasir “hava-hava” döyüş sursatları ilə təchiz etməklə, NATO ilə əməkdaşlığı gücləndirəcək”, - deyə məlumatda bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İtaliya   AMRAAM  


Bizi "telegram"da izləyin