ABŞ Bəhreyndəki bazasından donanma gəmilərini çıxarıb

2025/06/1750233190.jpg
Oxunub: 368     11:47     18 İyun 2025    
ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki Bəhreyn bazasından döyüş gəmilərini çıxarıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi peyk şəkillərinə əsaslanaraq məlumat yayıb.

Bildirilib ki, baza ərazisində ABŞ-yə məxsus heç bir hərbi gəmi qalmayıb. Bununla yanaşı, “Associated Press” qeyd edib ki, gəmilərin səpələnməsi yüksək təhlükə halında donanmanın təhlükəsizliyini təmin etmək üçün geniş yayılmış tədbirdir.

Eyni zamanda, iyunun 17-də Bəhreyn ərazisində hava həyəcanı siqnallarının sınağı keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bəhreyn  


Bizi "telegram"da izləyin