AEBA-nın Baş direktoru: İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ heç bir sübut tapılmayıb

2025/06/1750232963.jpg
Oxunub: 308     11:27     18 İyun 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ də heç bir sübut tapmayıb.

Ordu.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi CNN-ə müsahibəsində bildirib.

Müsahibədə o, İranın nüvə silahı yaratması üçün lazım olan vaxtla bağlı iddialara cavab olaraq deyib: “Bu, əlbəttə, sabahın, bəlkə də yaxın illərin məsələsi deyil. Bunlar, sadəcə fərziyyələrdir”.

AEBA-nın Baş direktoru qurumun müfəttişlərinin İranın bütün sülh məqsədli nüvə fəaliyyətindən xəbərdar olmadığı barədə bəyanatlarını təkrarlayaraq bildirib: “İndiyə qədər bildirdiyim şey budur - nüvə silahının istehsalına doğru təşkil olunmuş hərəkətin sübutunu görməmişəm”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin