Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, Qolan təpələri bölgəsində dron həyəcanı qüvvədə qalsa da, IDF bütün dronların İsrail hava məkanına daxil olmazdan əvvəl vurulduğunu əmin edir.
***
İsrail hərbi hava qüvvələri gecə ərzində İrandan İsrail üzərinə buraxılmış 3 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Ordu.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, hərbi dronlardan ikisi Ölü dənizin hava məkanında vurulub, digəri isə İsrailin şimalında zərərsizləşdirilib. Qeyd olunan ərazilərdə dron hücumu ilə bağlı həyəcan təbili çalınıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Ordu.az