Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 20-ni keçib

2025/06/1750223847.jpg
Oxunub: 331     09:06     18 İyun 2025    
Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.

Bu barədə Ordu.az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb.

Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kiyev  


Bizi "telegram"da izləyin