Ordu.az xəbər verir ki, iyunun 16-22-də Fransanın paytaxtı Parisin “Le Bourge” hava limanında keçirilən sərgidə TUSAŞ məhsulları beynəlxalq iştirakçılara təqdim olunur.
Şirkət statik sahədə “Hürjet” Reaktiv Təlim Təyyarəsini, “Hürkuş” Əsas Təlim Təyyarəsini, “Gökbey” Çoxməqsədli Helikopterini, “Aksungur” və “Anka” pilotsuz uçuş aparatlarını, Yerüstü İdarəetmə Stansiyasını nümayiş etdirir.
Təqdimat sahəsində şirkətin unikal platformalarının miqyaslı maketləri var.
Bunlar arasında “Kaan” (1/7), “Hürjet” (1/7), “Hürkuş-C” (1/7), “T129 Atak” (1/7), 10 Ton Sinfi Ümumi Məqsədli Helikopter (1/7), “Aksungur” (1/7), “Anka III” (1/7), “Göktürk 3” (1/8), TÜRKSAT 6A (1/10) və “Göktürk” Yenilənmə Peyki (1/4) yer alır.
İyunun 20-22-də keçiriləcək sərginin ictimai ziyarət günlərində TUSAŞ təqdimat sahəsi ziyarətçilər üçün bağlı olacaq.
Sevinc Əliyeva
Ordu.az