Ordu.az xəbər verir ki, dörd gün davam edən tədbirdə şirkət müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşüb və ixrac yönümlü yeni əməkdaşlıqların əsasını qoyub.
“KoçSavunma” yüksək yerlilik nisbəti ilə elektro-akustik sistemləri ilə seçilib.
Şirkət tərəfindən hazırlanmış sualtı mühitin modelləşdirilməsi, akustik siqnalın işlənməsi və təsnifat həlləri heç bir idxal komponentlərinə etibar etmədən tamamilə türk mühəndisliyi ilə hazırlanıb.
Şirkətin sahə sınaq təcrübəsi və unikal “Ar-Ge” infrastrukturu istifadəçiyə xüsusi sistem uyğunlaşmaları təklif edərək, məhsulun performansını artırır.
Sevinc Əliyeva
Ordu.az