Ordu.az xəbər verir ki, Paris Aviasiya Sərgisində təşkilatçılar israilli sərgi iştirakçılarından hücum sistemlərini stendlərindən yığışdırmağı tələb ediblər.
Bu tələbin stendlər qurulduqdan sonra gəldiyini bildirən İsrail şirkətləri qərara əməl etməyiblər.
Təşkilatçılar İsrail stendinin hücum silahlarının yerləşdiyi hissəsini qara bloklarla örtərək, bu silahların sərgidə nümayişinə mane olublar.
İsrail Müdafiə Nazirliyinin rəsmisi Əmir Baram təşkilatçıların qərarını “qalmaqal” kimi qiymətləndirib. Nazirlik açıqlamasında qərarın birtərəfli və siyasi xarakter daşıdığını, bir gecədə qəbul edildiyini bildirib.
Qeyd edək ki, sərgidən əvvəl bəzi fransız siyasətçilər Qəzzada baş verənlərə görə İsraildə yerləşən şirkətlərin sərgidə iştirakının qadağan edilməsini tələb ediblər.
Sevinc Əliyeva
Ordu.az