Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb

2025/06/1750152890.jpg
Oxunub: 618     13:27     17 İyun 2025    
Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, birgə təlimlər dəniz iqtisadiyyatının fəaliyyət obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəlib.

Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Azərbaycan   Təlim   HDQ  


Bizi "telegram"da izləyin