Ordu.az “Defence News”a istinadən xəbər verir ki, İtaliya HHQ “Leonardo” tərəfindən hazırlanmış yeni əsas reaktiv təlim təyyarəsi M-345-i rəsmən öz inventarına əlavə edib.
Bu təyyarə əvvəllər istismara verilmiş və təkmil təlimlərdə istifadə edilən M-346 ilə birlikdə fəaliyyət göstərəcək.
M-345 İtaliyanın cənubundakı “Qalatina” aviabazasında HHQ-nin 61-ci Eskadrilyasında keçirilən mərasimlə istifadəyə verilib.
Sözügedən təyyarə uzun illərdir istifadə edilən MB-339-u əvəz edəcək. Bu çərçivədə indiyədək ümumilikdə 18 ədəd M-345 sifarişi verilib. Bunlardan 7-si təhvil verilib. Mart ayında tamamlanan əməliyyat sınaq və qiymətləndirmə fəaliyyətlərində 4 təyyarədən istifadə edilib.
İtaliya HHQ dörd təlimatçının hazırda bu təyyarədə təlim keçməyə hazır olduğunu açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az