MOSSAD-ın Uzaqdan İdarə Olunan “Spike” Əməliyyatı: İran HHM Sistemlərinə Böyük Zərbə

2025/06/1750150547.jpg
Oxunub: 1172     12:54     17 İyun 2025    
İran rəsmi mənbələri iddia edir ki, MOSSAD ölkə daxilində yerləşdirilən “Spike” raketləri vasitəsilə İranın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini zərərsizləşdirərək, onun əməliyyat imkanlarına ciddi zərbə vurub.

Ordu.az xəbər verir ki, bu barədə “Twz” məlumat yayıb.

Tehrandan gələn görüntülər İran kəşfiyyat bölmələrinin “Spike” təyyarə və tank əleyhinə sistemlərinə aid hissələrin qalıqlarını ələ keçirdiyini, bu sistemlərin “internet əsaslı avtomatlaşdırma və uzaqdan idarəetmə sistemləri ilə təchiz edildiyi”ni, MOSSAD agentləri tərəfindən idarə edildiyini göstərir.

İranın dövlətə məxsus “Press TV” kanalında yayımlanan açıqlamada qeyd edilib: “İranın kəşfiyyat qüvvələri bizim HHM sistemlərimizi sıradan çıxarmaq üçün xüsusi olaraq hazırlanmış, xüsusiləşdirilmiş “Spike” buraxılış qurğularını aşkar etdilər... Onlar terrorçu MOSSAD agentləri tərəfindən uzaqdan işə salındı”.

İran tərəfindən yayımlanan görüntülərdə “Spike” sistemlərinin qalıqları, İranın HHM sistemlərində yerləşdirilən mobil platformalar və hərbi qulluqçu daşıyan avtomobillər diqqəti çəkir. TWZ və N12 kimi təhlükəsizlik yönümlü nəşrlərə görə, MOSSAD qrupları strateji HHM obyektləri yaxınlığında pilotsuz uçuş aparatı və raket bazaları qurublar, bu yerlərdən hücumlar təşkil ediblər.

Ekspertlərin və analitiklərin fikrincə, bu əməliyyat casusluq, təxribat və açıq hava hücumlarını birləşdirən hibrid hücum modelini nümayiş etdirir. 2025-ci il iyunun əvvəlində başlanan bu kampaniya diversiya, lokal xarakterli baza qurma və uzaqdan idarə olunan sistemlərlə strateji dəyərə malik İran müdafiə strukturlarını hədəf alaraq, hərbi strategiya baxımından yeni bir cığır açıb.

“Spike” raketinin tərifi isə belədir: “Rafael” tərəfindən hazıranan, “fire-and-forget” (atdım-unutdum) xüsusiyyətinə malik, fiber-optik və ya RF bağlantılı, tandem yüklü tank əleyhinə/piyada əleyhinə dəqiq idarə olunan raket sistemi. Müxtəlif variantları ilə quru, hava və ya dəniz platformalarından istifadə oluna bilər.

Təhlil və strateji qiymətləndirmə

Bu fəaliyyətin İranın HHM fəaliyyətini müvəqqəti olaraq dayandırmaqla nəticələnəcək hava hücumlarının təsirini artırmaq və onlara zəmin hazırlamaq məqsədi daşıdığı şərh edilir. Üstəlik, bu cür hibrid əməliyyatlar dövlətlərarası münaqişələrdə yeni taktiki müstəvidən xəbər verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MOSSAD   Spike   Rafael   İran   HHM  


Bizi "telegram"da izləyin