CNN: Rubio Trampla birlikdə Kanadadan ABŞ-yə erkən qayıdacaq

2025/06/1750129508.jpg
Oxunub: 416     06:39     17 İyun 2025    
ABŞ-nin dövlət katibi Marko Rubio Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edəcək.

Ordu.az-ın xəbərinə görə, bu barədə CNN Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rubio Vaşinqtona ABŞ Prezidenti Donald Trampla birlikdə qayıdacaq.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, dövlət başçısı Yaxın Şərqdəki vəziyyətlə əlaqədar G7 sammitini tərk edir. “Fox News”un məlumatına görə, o, Ağ Evin Milli Təhlükəsizlik Şurasının iclasını keçirməyi tapşırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Tramp  


Bizi "telegram"da izləyin