Ukrayna ABŞ ilə resurs müqaviləsinə başlayıb

2025/06/1750129105.jpg
Oxunub: 335     01:38     17 İyun 2025    
Ukrayna özəl investorlara Kirovoqrad vilayətində yerləşən böyük Dobra litium yatağının işlənməsinə imkan verən ABŞ ilə resurs müqaviləsini həyata keçirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Ukrayna hökuməti mərkəzdə yerləşən Dobra litium yatağının işlənməsi üçün şirkətlər arasında açıq tenderlərin keçirilməsi məqsədilə tövsiyələrin hazırlanmasına start verib. Kiyev administrasiyası Tramp dövründə başlanan bu layihənin tez və nəzərəçarpacaq nəticələr verəcəyini nümayiş etdirmək istəyir.

Məlumatda bildirilir ki, ABŞ hökumətinə bağlı TechMet şirkəti və ABŞ Prezidenti Donald Trampın yaxın dostu Ronald Lauderin də daxil olduğu investorlardan ibarət konsorsium potensial iştirakçılar sırasındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin