Kanada və ABŞ ticarət sazişi danışıqlarını 30 gün ərzində tamamlaya bilər

2025/06/1750128269.jpg
Oxunub: 379     04:46     17 İyun 2025    
Ottava və Vaşinqton arasında ticarət danışıqları yaxın 30 gün ərzində tamamlana bilər.

Ordu.az-ın xəbərinə görə, bunu Kanadanın Baş naziri Mark Karninin Mətbuat xidməti Kananaskisdə keçirilən “Yeddilik” (G7) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bildirib.

“Bu gün Baş nazir Mark Karni ABŞ Prezidenti Donald Trampla G7 sammitində davam edən ticarət məsələlərini müzakirə etmək üçün görüşüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, bununla əlaqədar olaraq, liderlər yaxın 30 gün ərzində ticarət sazişinin bağlanması üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər”.

Bundan əlavə, Karni və Tramp təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin