Qızıl Aypara Cəmiyyəti: İsrail Tehranda xilasetmə qrupunu vurub (YENİLƏNİB)

2025/06/1749829811.jpg
Oxunub: 841     21:06     16 İyun 2025    
İsrailin Silahlı Qüvvələri İranın paytaxtı Tehranda zərərçəkənlərə yardım edən yerli xilasediciləri vurub.

Ordu.az-ın "Mehr"ə istinadən xəbərinə görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Təşkilatın iki əməkdaşının ölməsi ehtimalı var", - məlumatda deyilir.

***

İranın paytaxtı Tehranda güclü partlayış baş verib, şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb.

Bu barədə Ordu.az TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, paytaxtın şimalında qatı tüstü görünür.

Daha əvvəl İsrailin İranın əsas teleyayım şirkəti olan IRIB-in (Islamic Republic of Iran Broadcasting) binasına hücum etdiyi məlum olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Partlayış  


Bizi "telegram"da izləyin