KİV: Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb

2025/06/1749099700.jpg
Oxunub: 638     19:29     16 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) İran və İsraillə bağlı bəyanatını imzalamayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kanadada keçirilən “Yeddilik Qrupu” sammitinin layihə bəyanatında deyilir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir və sənədin surətinə əsasən, İsrail özünü müdafiəsi hüququna malikdir.

Bəyanat həmçinin regional sabitlik naminə eskalasiyaya son qoymağa çağırır və G7-nin enerji bazarlarında sabitliyi təmin etmək üçün işləməyə hazır olduğunu ifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   G7  


Bizi "telegram"da izləyin