Ordu.az xəbər verir ki, bu barədə NBC ABŞ və Yaxın Şərqdəki çoxsaylı mənbələrə istinadən bildirir.
"Tramp İsrailin İrana qarşı hərbi əməliyyatlar variantına qarşı idi, danışıqlara üstünlük verirdi, bombardmana yox", - telekanalın məlumatında bildirilib.
Telekanalın məlumatına görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin İsrail ilə bağlı planları və ABŞ-nin əməliyyata dəstək variantları haqqında həlledici brifinqindən sonra "Tramp səssiz razılıq verib və məhdud yardım göstərməyi qərara alıb".
Ordu.az