Ordu.az xəbər verir ki, bu barədə “UKDefence Journal” məlumat yayıb.
Baş nazir Kir Starmerin rəhbərlik etdiyi Strateji Müdafiə İcmalı ölkənin Soyuq müharibədən etibarən ən böyük silah investisiyasını qeyd edir.
1,5 milyard funt-sterlinq büdcə ilə 6 yeni sursat fabriki inşa ediləcək və 7000 uzun mənzilli silah alınacaq. Bu paket təxminən 2000 nəfəri işlə təmin edəcək.
Müdafiə naziri Con Hili bildirib ki, bu addım Britaniyanın sənaye bazasını gücləndirəcək və Moskvaya aydın mesaj göndərəcək.
Hədəflənən müdafiə xərcləri 2027-ci ilə qədər ümumi daxili məhsulun 2,5%-nə, daha sonra 2034-cü ilə qədər 3%-ə qədər artırılacaq. Ümumi silah xərcləri 2029-cu ilə qədər 6 milyard funt-sterlinqə çatacaq.
Sevinc Əliyeva
Ordu.az