Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi Telegram kanalında məlumat yayılıb.
“Hərbi hava qüvvələri Tehrandan cənubda “yer-hava” tipli raketlərin buraxılışı üzrə operatorların yerini müəyyənləşdirərək, onları buraxılış qurğusuna çatmamış məhv edib. Həmçinin buraxılışq qurğusu məhv edilib”, - qurumun məlumatında deyilir.
İDF eyni zamanda, PUA-dan çəkilmiş videogörüntü paylaşıb. Həmin videogörüntüdə hərbçilərə və hərbi texnikaya tuşlanmış zərbələr əksini tapıb.
Ordu.az