Ordu.az xəbər verir ki, “HMS Bristol” təxminən 48 illik aktiv xidmətdən sonra 2020-ci ilin oktyabrında keçirilən mərasimdə rəsmi olaraq istismardan çıxarılıb.
“Naval Today”in məlumatına görə, “HMS Bristol”un inşası 1967-ci ildə “birdəfəlik” dizayn etmək qərarı ilə başlayıb. Gəmi 1973-cü ilin martında Britaniya Kral HDQ-yə təhvil verilib.
Xidməti zamanı gəmi 1982-ci ildə Folklend müharibəsində iştirak edib və daha sonra 1987-ci ildə “Dartmouth” Təlim Parkının bir hissəsi olaraq təlim gəmisi kimi istifadəyə verilib.
“HMS Bristol” Portsmutda yerləşən Balina adasındakı HDQ Qərargahına bitişik bir liman təlim gəmisi kimi istifadəyə davam edib.
Sevinc Əliyeva
Ordu.az