Təhlükəsizlik Xidməti: Ukrayna cəsədlərin mübadiləsi formatını dəyişir

2023/08/16679-1693299910.jpg
Oxunub: 520     00:19     16 İyun 2025    
Ukrayna dəmiryolu vasitəsilə həlak olmuş müdafiəçilərin repatriasiyası mərhələsini başa çatdırıb. Gələcəkdə bu proses avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək.

Ordu.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalında yayımlanan məlumatına görə, 15 iyun tarixində dəmiryolundan istifadə olunan repatriasiya tədbirlərinin mərhələsi başa çatıb.

Bu, Ukraynanın müxtəlif bölgələrində yerləşən müəssisələrə həlak olmuş müdafiəçilərin cəsədlərinin sürətli çatdırılmasına imkan verib. Bu müəssisələrdə gələcəkdə şəxsiyyətin müəyyənləşdirilməsi və digər prosedurlar aparılacaq.

"Növbəti repatriasiya mərhələləri İstanbul görüşü çərçivəsində əldə edilmiş razılaşmalara uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək", - deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin