Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
“Putin mənə ad günümü təbrik etmək üçün zəng etdi, amma əsas müzakirə mövzumuz İran oldu – o, bu ölkəni çox yaxşı tanıyır. Uzun və əhatəli bir söhbətimiz oldu”, – Tramp bildirib.
Onun sözlərinə görə, söhbətin az hissəsi Rusiya-Ukrayna münaqişəsinə həsr olunub: “Bu məsələni gələn həftəyə saxladıq”.
Tramp həmçinin vurğulayıb ki, Rusiya artıq böyük sayda hərbi əsirin qarşılıqlı şəkildə azad olunması üçün planlaşdırılan mübadiləyə başlayıb.
“Mənim kimi o da hesab edir ki, İsrail-İran müharibəsi bitməlidir. Mən isə cavabında bildirdim ki, onun müharibəsi də sona çatmalıdır”, – deyə Tramp əlavə edib.
Telefon danışığı təxminən bir saat davam edib.
Ordu.az