Ordu.az xəbər verir ki, bu barədə CENTCOM-un nümayəndəsi “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, gəmiçilik azadlığının təmin edilməsi ABŞ üçün əsas prioritetlərdən biri olaraq qalır.
CENTCOM nümayəndəsinin sözlərinə görə, ABŞ qüvvələri beynəlxalq dəniz marşrutlarını qorumağa davam edəcək və ticarət gəmilərinə qarşı istənilən təhdidə cavab verəcək.
“Biz İranın ticarət gəmilərinə hücumlarını cavabsız qoymayacağıq”, - deyə nümayəndə bildirib. O əlavə edib ki, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi regional və qlobal təhlükəsizlik baxımından həlledici əhəmiyyət daşıyır.
Nümayəndə qeyd edib ki, ABŞ-nin son vaxtlar İranın hərbi obyektlərinə endirdiyi zərbələr qarşıdurmanı genişləndirmək deyil, gələcək hücumların qarşısını almaq və gəmiçilik azadlığı prinsipini möhkəmləndirmək məqsədi daşıyıb.
CENTCOM eyni zamanda ABŞ-nin gərginliyin azaldılmasına sadiq qaldığını vurğulayıb, lakin ticarət gəmiçiliyinə qarşı hücumlar baş verəcəyi təqdirdə cavab tədbirlərinin görüləcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az