ASELSAN yerli təchizatçıları ilə birlikdə inkişafını davam etdirir

2026/05/1779194088.jpg
Oxunub: 251     20:51     27 İyun 2026    
ASELSAN yerli təchizatçılarla qurduğu ekosistemi genişləndirərək milli və müstəqil texnologiya sahəsində inkişafını davam etdirir.

Ordu.az xəbər verir ki, şirkət təchizatçıları ilə əməkdaşlığı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi saxlayaraq müdafiə sənayesinin inkişafına töhfə verməyə davam edir.

ASELSAN tərəfindən yayımlanan videoda şirkətin yerli təchizatçılarının əldə etdiyi uğurlar ön plana çıxarılıb.

Paylaşımda bildirilib: “Özü ilə birlikdə fəaliyyət göstərdiyi sənayeni də inkişaf etdirən ASELSAN 3600 yerli təchizatçısı ilə birlikdə böyüməyə, milli və müstəqil texnologiya yolunda onları da bu prosesə cəlb etməyə davam edəcək”.

Videoda çıxış edən təchizatçı şirkətlərin nümayəndələri ASELSAN-la əməkdaşlığın onlara mühüm imkanlar yaratdığını bildiriblər.

Onların sözlərinə görə, milliləşdirmənin əhəmiyyətini məhz ASELSAN-la əməkdaşlıq sayəsində daha yaxından görüblər.

Digər nümayəndələr isə vurğulayıblar ki, ASELSAN-ın dəstəyi şirkətlərinin inkişafına böyük töhfə verib, Türkiyə mühəndisliyini dünyaya tanıtmağa imkan yaradıb və ixrac etdikləri ölkələrin sayı artıq 50-yə çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin