Aİ-nin yeni maliyyə aləti SAFE “Baykar”-”Leonardo” nümunəsinin çoxalmasına yol açır

2025/06/1749881333.jpg
Oxunub: 392     10:07     18 İyun 2025    
Müdafiə sənayesinin gücləndirilməsinə getdikcə daha çox diqqət yetirən Avropa İttifaqının (Aİ) yeni maliyyə aləti SAFE “Baykar”-”Leonardo” ortaqlığı nümunəsinin çoxalmasına yol açır və Türkiyənin Avropanın təhlükəsizliyinə verdiyi töhfələri gündəmdə saxlamağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İyunun 24-25-də Haaqada keçiriləcək NATO Sammitinə geri sayım davam edərkən, Brüssel getdikcə Avropanın müdafiə sənayesinin gücləndirilməsinə diqqət yetirir.

Aİ-nin Rusiyadan qəbul etdiyi təhlükə, Ukraynada davam edən müharibə və ABŞ-də Donald Tramp administrasiyasının təzyiqləri nəticəsində qəbul etdiyi 2030-cu il müdafiə hədəflərinin bir hissəsi olan SAFE mayın 29-da qüvvəyə minib.

Müvafiq olaraq, Aİ ölkələri, Ukrayna, Norveç (Avropa İqtisadi Zonasının bir hissəsidir), Lixtenşteyn və İslandiya 150 milyard avroya qədər kreditlərdən istifadə etməklə, birgə satınalmalarda iştirak edə biləcəklər. Bu ölkələr həm də bir-birlərinin sənaye sahələrindən müştərək alışlar edə biləcəklər.

Aİ-yə namizəd ölkələr və Böyük Britaniya kimi Aİ ilə müqavilə imzalamış ölkələr də birgə satınalmalarda iştirak edə biləcəklər, lakin istehsal olunacaq müdafiə təyinatlı məhsulun komponentlərinin ümumi dəyərinin 65 faizi “Avropa daxilindən” (Aİ ölkələri, Ukrayna, Norveç, Lixtenşteyn və İslandiya) gəlməli olacaq.

Qalan 35 faiz Türkiyə və Britaniyanın aralarında olduğu kateqoriyalardan gələ biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAFE  


Bizi "telegram"da izləyin