Ordu.az xəbər verir ki, layihə çərçivəsində “SpaceX”in proqram təminatı şirkəti “Palantir” və pilotsuz uçuş aparatı istehsalçısı “Anduril” ilə birgə işləməsi planlaşdırılırdı.
Lakin Trampla fikir ayrılığından sonra Pentaqonun “SpaceX”in rolunu azalda biləcəyi və peyk əsaslı sistemlər əvəzinə yer sistemlərinə diqqət yetirə biləcəyi bildirilib.
Trampın 2029-cu ilin sonuna qədər başa çatdırmaq istədiyi və 175 milyard dollara başa gələcəyi gözlənilən layihənin gələcəyi qeyri-müəyyən olaraq qalır.
“SpaceX”in raketlərin aşkarlanmasında istifadə ediləcək 400-1000 peykdən ibarət “custody layer” üçün təklif təqdim etdiyi məlumdur.
Maskın Trampa qarşı sərt açıqlamaları və ondan sonra üzr istəməsi bunun şirkətin hökumətlə münasibətlərinə necə təsir edəcəyi ilə bağlı suallar doğurub.
Ağ Ev bəyan edib ki, qərarlar “texnoloji səriştə” və “ABŞ-nin maraqları”na uyğun olaraq veriləcək.
Sevinc Əliyeva
Ordu.az