Ordu.az xəbər verir ki, Kredendino Qırmızı dəniz və Aralıq dənizində mövcud təhlükəsizlik təhdidlərinə qarşı daha çox resurs və işçi qüvvəsinə ehtiyac duyduqlarını vurğulayıb.
İtaliyanın “Corriere della Sera” qəzetinə danışan admiral İtaliya HDQ-nin 2040-cı ilə qədər uzanan strateji planı çərçivəsində nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmi layihəsi üzərində çalışdığını bildirib.
O, layihənin həmçinin Pilotsuz Uçuş Aparatlarının (PUA) və döyüş gəmisi sistemlərinin geniş istifadəsini ehtiva etdiyini bildirib.
Kredendino dəniz döyüşlərinin artıq klassik dəniz elementləri ilə deyil, təkmil insansız sistemlərlə aparıldığını deyib.
“Ən yeni gəmimiz “ITS Trieste” artıq geniş çeşiddə PUA-lar və döyüş təyyarələri daşıya bilər. Gələcəkdə 60 gəmimizin hamısı PUA-ların yerləşdirilməsi üçün uyğun olacaq şəkildə dizayn ediləcək”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az