Ordu.az xəbər verir ki, milli və innovativ sistemləri ilə Türkiyə müdafiə sənayesində əhəmiyyətli ixrac uğurları əldə edən STM milli texnologiyalarını xaricdə sərgiləməyə davam edir.
STM Cənubi Asiyanın mühüm müdafiə sərgilərindən biri olan “Indo Defence Expo & Forum”da hərbi dəniz platformaları və taktiki mini PUA sistemlərini təqdim edəcək.
“Indo Defence” sərgisi 11-14 iyun tarixləri arasında İndoneziyanın paytaxtı Cakartada keçiriləcək.
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) başda olmaqla, Ukrayna, Pakistan, Portuqaliya və Malayziya HDQ-ləri üçün suüstü və sualtı platformalar inşa edən STM İndoneziyada 6 fərqli dəniz layihəsini nümayiş etdirəcək.
Sevinc Əliyeva
Ordu.az