Mask Rusiyadan raket almaq istəyib

2025/02/1739784242.jpg
Oxunub: 398     09:44     11 İyun 2025    
Amerikalı iş adamı İlon Mask Rusiyadan raket almaq istəsə də, rədd cavabı alıb.

Ordu.az xəbər verir ki, bu barədə onun atası, mühəndis və sahibkar Errol Mask danışıb.

"İlon Rusiyada idi, burada raket almağa çalışırdı. Hamımızın bildiyimiz kimi, ən yaxşı raketlər burada hazırlanır. Ona raket vermədilər. Onun zarafat etdiyini zənn etdilər", - ata Mask gülərək deyib.

Qeyd edək ki, Errol Mask "Gələcəyin Forumu 2050"də iştirak etmək üçün Rusiya paytaxtına gəlib. Forumun saytında o, məruzəçi kimi qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Rusiya  


Bizi "telegram"da izləyin