Rusiya ABŞ-la müsadirə edilmiş obyektlərin qaytarılmasına dair danışıqlara başlayıb

2025/06/1749619878.jpg
Oxunub: 368     09:18     11 İyun 2025    
Rusiya və ABŞ nümayəndələri ABŞ ərazisində faktiki olaraq müsadirə edilmiş Rusiyanın altı diplomatik mülkiyyət obyektinə giriş əldə etmək barədə danışıqlara başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq altı diplomatik daşınmaz əmlak obyektinin qaytarılması ilə bağlı danışıqlar prosesi başlayıb. A.Darçiyev bildirib ki, bu obyektlər faktiki olaraq 2016-2018-ci illərdə ABŞ hakimiyyəti tərəfindən müsadirə edilib.

Səfir əlavə edib ki, ABŞ tərəfinə Rusiya diplomatik missiyası nümayəndələrinin yoxlama keçirmək və dəymiş ziyanı qiymətləndirmək üçün bu obyektlərə girişinin təmin edilməsi tələbini əks etdirən "yol xəritəsi" təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin