Si Cinpin Qazaxıstana səfər edəcək

2025/06/1749619794.jpg
Oxunub: 377     08:43     11 İyun 2025    
Çin sədri Si Cinpin 16-17 iyun tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Akorda”nın mətbuat xidməti məlumat yayıb.

“Səfər zamanı ali səviyyədə ikitərəfli görüş keçirilməsi planlaşdırılır ki, burada Qazaxıstan – Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Astanada iyunun 17-də region dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək”, – məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Si-Cinpin   Qazaxıstan  


Bizi "telegram"da izləyin