Los-Ancelesə hərbi qüvvələrin yeridilməsi ABŞ-a 134 milyon dollara başa gələcək

2025/06/1749619490.jpg
Oxunub: 580     08:07     11 İyun 2025    
Etiraz aksiyalarının baş verdiyi Los-Anceles şəhərinə Milli Qvardiya qüvvələrinin yeridilməsi ABŞ dövlət büdcəsinə 130 milyon dollardan artıq xərcə başa gələcək.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.

“Mövcud hesablamalara əsasən, hərbi qüvvələrin yerləşdirilməsi üzrə xərclər 134 milyon dollar səviyyəsində qeydə alınıb. Bu məbləğin əsas hissəsi logistika, yerləşdirmə və ərzaq təminatı ilə bağlıdır”, – deyə Pentaqon rəhbərinin köməkçisi Brin Ullakott Makdonnell bildirib.

Qeyd edək ki, Los-Ancelesdə etirazlar iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin şəhərin mərkəzində keçirdiyi reyd zamanı qanunsuz miqrantların saxlanılmasına dair kütləvi əməliyyatdan sonra başlayıb. Etirazları yatırtmaq üçün ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın 2 minə yaxın heyətini Los-Ancelesə yeridilməsini əmr edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Los-Anceles   Hərbi-qüvvələr  


Bizi "telegram"da izləyin