Niderlandın Baş naziri Aİ miqrasiya nəzarətini gücləndirməyə çağırır

2025/06/1749618376.jpg
Oxunub: 333     23:44     10 İyun 2025    
Niderland Avropa İttifaqının (Aİ) miqrasiya siyasətini sərtləşdirmək üçün birgə səylərinə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə krallığın Baş naziri Dik Şof bildirib və artıq milli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

"Niderland hökuməti miqrasiyaya nəzarəti gücləndirmək üçün addımlar atır. Hesab edirik ki, eyni addımlar Aİ səviyyəsində də atılmalıdır", - o, Berlində Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransı zamanı deyib.

Şofun sözlərinə görə, bu məsələdə üçüncü ölkələrlə əməkdaşlıq kritik əhəmiyyət daşıyır.

Baş nazir krallıqda miqrantlara qarşı etirazlar mövzusuna da toxunub.

"Hər kəs qanun çərçivəsində hərəkət etməlidir", - Şof hadisəni şərh edərkən vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland     Miqrasiya  


Bizi "telegram"da izləyin