Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları yekunlaşıb

2025/06/1749618224.jpg
Oxunub: 336     23:30     10 İyun 2025    
ABŞ və Çin rəsmiləri Londonda ticarət danışıqlarını yekunlaşdırıblar.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

İyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir daxil idi.

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100 %-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, iyunun 5-də Çin sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   London  


Bizi "telegram"da izləyin