Ordu.az xəbər verir ki, bu barədə İsrail hökümət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu danışıqlar prosesi ilə bağlı son məlumatları almaq və növbəti addımları müzakirə etmək məqsədilə ölkənin müdafiə naziri İsrael Kats, strateji planlaşdırma naziri Ron Dermer, Baş Qərargah rəisi Eyal Zamir və danışıqlar komandası ilə bir araya gəlib.
Danışıqların detalları açıqlanmasa da, hökumət bu istiqamətdə müəyyən irəliləyiş olduğunu təsdiqləyib.
Rəsmi Tel-Əvivin yaxın günlərdə girovların azad olunması ilə bağlı daha konkret addımlar atacağı gözlənilir.
Ordu.az