Ordu.az bu barədə Niderland hökumətinin rəsmi saytına istinadən xəbər verir.
“Sammitin keçiriləcəyi Haaqa ətrafında 16 kilometrdən çox radiusda çəkisi və ya tipindən asılı olmayaraq dronların uçuşuna tam qadağa qoyulacaq”, – bəyanatda bildirilir.
Qeyd edilir ki, dronların uçuşuna Sxiphol və Rotterdam-Haaqa hava limanları ərazisində də icazə verilmir. Haaqada uçuş qadağası 18 iyundan 25 iyunadək, hava limanları ərazisində isə 23 iyundan 25 iyunadək qüvvədə olacaq.
Ordu.az