Estoniyada bəzi deputatların dövlət sirlərinə çıxışı məhdudlaşdırıla bilər

2025/06/95446-1749568351.jpg
Oxunub: 369     19:01     10 İyun 2025    
Estoniya parlamentinin Sosial Demokrat Partiyasından olan deputatları Rusiya yönümlü baxışlara malik qanunvericilərin dövlət sirlərinə çıxışının məhdudlaşdırılması təşəbbüsünü irəli sürüblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər Sosial Demokratlar fraksiyasının üzvü Raymond Kalyulayda istinadən məlumat yayıb.

Onun sözlərinə görə, təşəbbüs təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi və Rusiya yönümlü deputatların parlamentdə olması ilə bağlıdır.

“Mövcud qanunlar parlamentin bütün üzvlərinə dövlət sirri ilə tanış olmaq hüququnu təmin edir. Gələcəkdə deputatlar bunun üçün bioqrafik yoxlamadan keçməlidirlər”, - deyə Kalyulayd bildirib.

Qeyd edək ki, bir müddət bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Estoniya, Latviya və Litvanın siyasi müstəqilliyinin olmadığını və onların Avropa nəhənglərinin əlində oyuncağa çevrildiyini iddia edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Dövlət-sirləri  


Bizi "telegram"da izləyin