Ordu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edək ki, Avstriyada məktəbdə baş verən atışmadan sonra 11 nəfər ölüb, 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.
"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - “Kronen Zeitung” qəzetinin məlumatında bildirilib.
Dəqiqləşdirilmiş məlumata görə, hadisəni törətdiyi ehtimal olunan cinayətkar da daxil olmaqla 10 nəfər ölüb. Məktəbin keçmiş şagirdi olan 21 yaşlı həmin şəxs intihar edib.
Ordu.az