KİV: Avropa Komissiyası "Şimal axını" qaz kəmərindən imtina edə bilər

2025/05/1746939985.jpg
Oxunub: 359     14:31     10 İyun 2025    
Avropa Komissiyası Rusiyaya sanksiyalar çərçivəsində “Şimal axını” qaz kəmərindən istifadəyə qadağa qoyulmasını təklif edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, adıçəkilən ölkənin neft hasilatı və satışını səmərəsiz etmək üçün onun ilkin qiymətinin 60 dollardan 45 dollaradək azaldılması məsələsi də nəzərdən keçiriləcək.

Təkliflərdən xəbərdar olan azı üç mənbə faktı təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Şimal-axını  


Bizi "telegram"da izləyin