Çin onlarla antidron sistemi ilə döyüş atışlı təlim keçirib

2025/06/1749545820.jpg
Oxunub: 361     10:29     11 İyun 2025    
Çin dövlət televiziyası Xalq Azadlıq Ordusunun yeni 8x8 “Type 625” qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə genişmiqyaslı döyüş atışlı təlim keçirdiyini göstərən yeni görüntülər yayımlayıb.

Ordu.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun yeni 8x8 “Type 625” qısa mənzilli HHM sistemlərinin iştirak etdiyi genişmiqyaslı təlimlər pilotsuz uçuş aparatlarına qarşı ssenarilər üzrə həyata keçirilib.

Təlimdə onlarla silah və raket hibrid platformalarından istifadə edilib.

“Type 625” sistemi yüksək hərəkət qabiliyyətinə malik 8x8 şassi üzərində irəliyə yönəldilmiş mühərrik sxemi ilə quraşdırılıb. Onun əsas silahlanmasına altı lüləli 25 mm-lik avtomatik top və dörd qısa mənzilli “yer-hava” raket batareyası daxildir.

Hədəfin aşkarlanması bort radar sistemindən istifadə etməklə həyata keçirilir və digər platformalardan kənar hədəf əldə etmək imkanı da var ki, bu da mövcud HHM şəbəkələri ilə daha geniş inteqrasiyaya imkan verir.

Hərbi müşahidəçilərin fikrincə, “Type 625”in dizayn konsepsiyası sovet dövründən qalma “Tunguska” və Rusiya istehsalı “Pantsir” sistemlərinə çox bənzəyir, onların hər ikisi tək mobil platformada radarla idarə olunan avtomatik topları və raket buraxılış qurğularını birləşdirir.

Çin hazırda xidmətdə olan “Type 625”lərin dəqiq sayını açıqlamayıb, dövlət televiziyası isə sistemin nə vaxt işə düşdüyü barədə təfərrüatları açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Antidron   Təlim  


Bizi "telegram"da izləyin