Rusiya İran dronları ilə Odessaya zərbə endirib, ölənlər var

2025/06/1749539224.jpg
Oxunub: 363     10:51     10 İyun 2025    
Rusiya ordusu Ukraynanın Odessa şəhərinin mərkəzinə “Şahed” dronları ilə zərbə endirib.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

İlkin məlumata görə, Rusiya ordusu 10-dan çox PUA ilə Odessaya hücum edib. Şəhərdə çox sayda dağıntı qeydə alınıb, yaşayış binalarında və zooparkda yanğın baş verib.

Yaralılar arasında 5 qadın da var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Odessa  


Bizi "telegram"da izləyin