Ordu.az xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçiriləcək “Indo Defence Expo & Forum 2025” həm də Cənub-Şərqi Asiyanın ən böyük və ən nüfuzlu müdafiə sərgisi kimi tanınır.
SARSILMAZ yeni əməkdaşlıqlar qurmağı və qlobal bazarlara çıxmağı planlaşdırır.
Sərgidə SARSILMAZ piyada tüfənglərindən, pulemyotlardan, avtomatik tapançalardan, müxtəlif istifadəçi ehtiyaclarına cavab verən polad və polimer gövdəli silahlardan ibarət geniş çeşiddə məhsullar təqdim edəcək.
Türkiyənin ilk yerli və milli pulemyot ailəsi olan SAR 127 MT və SAR 762 MT modelləri SARSILMAZ Uzaqdan İdarə Olunan Silah Sistemləri (UİOSS) ailəsinə inteqrasiya oluna bilən yüksək texnologiyalı məhsullar kimi diqqət çəkəcək.
Bundan əlavə, sərgi zamanı UİOSS qüllələrinin 20, 25, 30 və 35 mm çaplı variantları, bu sistemlərin təklif etdiyi hərtərəfli müdafiə həlləri ziyarətçilərə ətraflı izah ediləcək.
Sevinc Əliyeva
Ordu.az