Britaniya mikroavtobuslardan iri PUA-ların buraxılması üçün VOLLEY layihəsinə start verib

2025/06/1749536492.jpg
Oxunub: 483     16:51     18 İyun 2025    
Böyük Britaniya ordusu mülki mikroavtobusları ağır Pilotsuz Uçuş Aparatlarının (PUA) buraxılması üçün mobil platformalara çevirmək məqsədilə yeni proqrama başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyinin Müdafiə Jurnalı məlumat yayıb.

VOLLEY kimi tanınan təşəbbüs pilotsuz uçuş sistemlərini “Ford Transit” və “Mercedes Sprinter” pikap yük maşınlarına inteqrasiya etmək məqsədi daşıyır.

Britaniya Müdafiə Nazirliyinin Müdafiə Jurnalı qeyd edib ki, sistem təxminən 125 kiloqram ağırlığında böyük PUA-ların buraxılması üçün nəzərdə tutulub və hər bir mikroavtobus 4 dəqiqəlik müddətdə, atışlar arasında bir dəqiqəlik fasilə ilə beşə qədər PUA işə sala biləcək.

Lazım gələrsə, PUA-ların on dəqiqə ərzində bazaya qayıtması planlaşdırılır.

Ənənəvi PUA sistemlərindən fərqli olaraq VOLLEY proqramı üzrə PUA-lar raket gücləndiriciləri olmadan buraxılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   VOLLEY  


Bizi "telegram"da izləyin