Si Cinpin: Çin və Cənubi Koreya azad ticarəti birgə qorumalıdırlar

2025/06/1749536011.jpg
Oxunub: 358     09:42     10 İyun 2025    
Çin və Cənubi Koreya birgə strateji etimadı gücləndirməli, azad ticarəti qorumalı və qlobal təchizat zəncirlərinin fasiləsiz işləməsini təmin etməlidir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Koreya Respublikasının Prezidenti Li Çje Myon ilə telefon danışığı zamanı bildirib.

"Bütün səviyyələrdə və bütün sahələrdə mübadilələri gücləndirmək, strateji etimadı dərinləşdirmək, ikitərəfli əməkdaşlığı sıx əlaqələndirmək, çoxtərəfliliyi və azad ticarəti birgə müdafiə etmək, qlobal və regional istehsal təchizat zəncirlərinin sabitliyini, eləcə də fasiləsizliyini təmin etmək lazımdır", - Çin Lideri bildirib.

Si Cinpin, həmçinin humanitar mübadilələrin gücləndirilməsinin, iki ölkənin əsas maraqlarına hörmət edilməsinin, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin