İsrail Yəmənin Hudeydə şəhərində husilərə hücum edib

2025/06/1749533153.jpg
Oxunub: 357     09:12     10 İyun 2025    
İsrail Müdafiə Ordusu Yəmənin Hudeydə şəhərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

İsrail hərbçiləri hələ ki, bu məlumatı şərh etməyiblər.

Qeyd edək ki, bir gün əvvəl İsrail Ordusu Hudeydə limanı və bir sıra digər obyektlərdən mülki şəxslərin təxliyə olunmasını tövsiyə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yəmən   Hudey  


Bizi "telegram"da izləyin