Moskva hava limanlarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB

2025/06/1749532721.jpg
Oxunub: 323     06:10     10 İyun 2025    
Moskva hava limanlarında təyyarələrin gəlişi və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Ordu.az xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako bildirib.

Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski yenidən təyyarələri qəbul edib göndərir.

Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilir.

Kaluqa və Tambov hava limanları isə hələ də təyyarələri qəbul etmir.

***

Moskvanın bütün hava limanları PUA hücumu təhlükəsi səbəbilə bağlanıb.

Ordu.az xəbər verir ki, Moskvanın bütün hava limanlarında - Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovoda "Xalça" rejimi tətbiq edilib. Hava limanları təyyarələrin enməsinə və uçmasına icazə vermir.

Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilir.

Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər.

Hələlik rəsmi məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Hava-limanı  


Bizi "telegram"da izləyin